Bu həftə
0 ədəd

QAYNAR XƏTT:

*2255

Shop All

Humana 1 İlkin Qidalanma 300 gr

Anbarda: Mövcuddur

Azn 11,71
Say:

Humana uşaq qidalanması sahəsində malik olduğu 60 ildən çox təcrübə, süd və süd emalı sahəsindəki mütəxəssis bilikləri ilə öz müştərilərinə dünyaca məşhur "Almaniya istehsalı" keyfiyyəti təklif edir. Humana təbiətdən ən yaxşılarını alır, etibarlı şəkildə emal edir və istehsal etdiyi geniş çeşiddə məhsullara yalnız körpənin doğuşundan ilk 3 ayına kimi qidalanması üçün ən zəruri komponentləri əlavə edir: ana südü əvəzediciləri, xüsusi qarışıqlar, südlü və südsüz yarmalar, ağartı məhsulları, südlü pudinqlər, organik püre və şirələr, instant bitki çayları.

 

Ana südü çatmadıqda və ya olmadıqda onu əvəz edən Humana 1 başlanğıc süd qarışığı Almaniyada şirkətin şəxsi təsərrüfatlarda yetişdirilən sağlam inəklərdən sağılan ekoloji cəhətdən təmiz təzə (quru deyil) süddən istehsal olunur. Etibarlı istehsal üsulları sayəsində təzə südün təbiətdən gələn faydası maksimum dərəcədə saxlanılır. Tərkibində uşağın sağlam böyüməsi üçün zəruri olan bütün züllar, yağlar, karbohidratlar, vitaminlər, minerallar və mikroelementlər mövcuddur. Qarışığın optimal miqdarında ilk ay körpənin həyata üçün əvəzolunmaz olan omeqa-3/ omeqa-6 yağ turşuları və nükleotidlər mövcuddur. Bu komponentlər uşağın sinir sisteminin, görmə orqanının inkişafında mühüm rol oynayır, həmçinin immun sistemi və mədə-bağırsaq traktının normal işləməsini təmin edir.

Tərkibində körpənin bağırsağında öz laktobasill və bifidobakteriayalarının inkişafına kömək edərək bağırsaq disbiouzunun yaranmasının qarşısını alan təbii prebiotik qalaktooliqosaxaridlər (QOS) mövcuddur. Tərkibində qlüten və kristal şəkər yoxdur.

Tərkibi: Yağsızlaşdırılmış inək südü, deminerallaşdırılmış süd zərdabı, bitki yağları (palma oleini, palma çəyirdəyi oleini, günəbaxan yağı, az miqdarda eruk turşulu raps yağı), laktoza, qalaktooliqosaxarid siropu, kalsium-karbonat, kalium-xlorid, kalsium-ortofosfat, natrium-sitrat, heyvan yağı (balıq yağı), kolin, hidrogen tartrat, L-tirizin, vitaminlər (C vitamini, niasin, E vitamini, pantoten turşusu, B2 vitamini, B1 vitamini, B6 vitamini, A vitamini, fol turşusu, K vitamini, biotin, D3 vitamini, B12 vitamini), maqnezium karbonat, kalium-sitrat, taurin, inozitol, L-triptofan, nükleotidlər (sitidin-5-monofosfat, urodin-5-monofosfat, adenozin-5-monofosfat, inozin-5-monofosfat, quanozin-5-monofosfat), mis sulfat, stabilizator: L(+) süd turşusu, sink sulfat, mis-lizin kompleksi, kalium-yodat, manqan sulfat, natrium-selenat.

Saxlama qaydası: içərsində qarışıq olan açılmış qutunu istifadə etdikdən sonra bərk bağlayın, sərin və quru yerdə saxlayın və 3 həftə ərzində istifadə edin.

Yaş: 0 ayından etibarən

Xarakteristikası: sağlam uşaqlar üçün

İstehsalçı ölkə: Almaniya

Məhsulun tərkibində yoxdur: Qlüten Kristal şəkər

Çəkisi: 300 q

Qablaşdırma forması: Karton qutu

Saxlama müddəti 24 aydır

Qutu açıldıqdan sonra saxlanma müddəti 3 həftədir

Bu məhsulu necə qiymətləndirərdiniz?

  1 * 2 * 3 * 4 * 5 *
Keyfiyyət

Öz rəyinizi bildirin