Bu həftə
0 ədəd

QAYNAR XƏTT:

*2255

Shop All

Qaytarma qaydaları

Simpla qaytarma qaydaları

 

Biz Sizin Simpla onlayn mağazasından aldığınız hər bir məhsuldan razı qalmağınızı istərdik. Amma ürək rahatlığınıza da önəm veririk; əgər almış olduğunuz hər hansı qeyri-ərzaq malı ilə bağlı fikrinizi dəyişsəniz, zəhmət olmasa, məhsulun alışından sonra 14 gün ərzində *2255 nömrəli qaynar xəttimizə zəng vuraraq müvafiq sifarişinizin nömrəsini bizim operatora bildirin və kuryerimiz Sizə uyğun bir vaxtda ünvanınıza gələrək, qaytarmaq istədiyiniz məhsulu onun alışını təsdiq edən sənədlə (qaimə-faktura) birlikdə Sizdən geri alıb ödədiyiniz məbləği Sizə təqdim etməyə şad olar. Sifarişinizi onlayn şəkildə ödədiyiniz halda isə, internet-ödənişin təsdiqnaməsini çap olunmuş formada qaytarmaq istədiyiniz məhsulla birlikdə kuryerimizə təqdim etməyinizi xahiş edirik. Sifarişiniz üçün ödədiyiniz məbləğ 5 iş günü ərzində plastik kartınıza köçürüləcək.

 

Nəzərə alın ki, qaytarmaq istədiyiniz məhsulu işlətməmisinizsə, onun istehlak xassələri, əmtəə görünüşü, yarlığı qorunub saxlanılıbsa, məhsulun üzərində alındıqdan sonra yaranan ləkələr və mexaniki zədələr yoxdursa, etiketlıri üzərindədirsə məhsulun qiymətinin məbləğini Sizə geri ödəyə bilərik və yaxud digər məhsulla əvəz edə bilərik.

Əgər hər hansı səbəbdən sifariş verdiyiniz məhsuldan, onu kuryerimizdən qəbul etdiyiniz əsnada, imtina etsəniz, sadəcə kuryerimizə bu barədə məlumat verib məhsulu geri qaytara bilərsiniz. 

Bizdən aldığınız məhsulun zəmanət və ya yararlılıq müddətində qüsur aşkar etdiyiniz halda, bizə müraciət edin və biz həmin məhsulu lazımi keyfiyyətli məhsulla əvəz edə və ya məhsulun dəyərinin məbləğini Sizə təqdim edə bilərik.

Xahiş edirik, nəzərə alasınız ki, fikir dəyişikliyi səbəbindən sonradan qaytarmaq istədiyiniz bəzi məhsulları Sizdən geri qəbul edə bilmərik – bunlara ərzaq malları ilə yanaşı, Azərbaycan qanunvericiliyində müəyyən olunmuş digər məhsullar da daxildir.

 

Mənbələr:

1.”Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” (http://e-qanun.az/framework/27608).

2. Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların SİYAHISI (http://www.e-qanun.az/framework/3724).